Tez-tez Verilən Suallar
Ən çox maraq doğuran sualların cavablarını aşağıda tapa bilərsiniz.
RFO - Respublika Fənn Olimpiadaları
Respublika Fənn Olimpiadaları (bundan sonra – RFO) ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarını əhatə edən elm yarışıdır.
RFO məktəb turu, rayon (şəhər) turu, yarımfinal turu və final turundan ibarət mərhələlərdə təşkil edilir.
RFO Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri daxil olmaqla, ümumilikdə 8 fənn üzrə keçirilir.
RFO qeydiyyatı portal.edu.az vasitəsilə olur; şagirdlər bu platformaya daxil olub "Müsabiqə və olimpiadalar" bölməsindən seçdikləri fənn üçün elektron qeydiyyatdan keçirlər.
Bəli, mümkündür. Belə ki, 9-11-ci sinif şagirdləri RFO-da birinci, ikinci və ya üçüncü yeri tutarsa, yalnız bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qaydada qəbul ola bilər.
İnformatika fənni istisna olmaqla şagirdlər yalnız bir fənn üzrə iştirak edə bilərlər. Hər hansı fəndən qeydiyyatdan keçmiş şagirdlərə paralel olaraq informatika fənnindən də qeydiyyatdan keçmək şərtilə iştirak hüququ veriləcəkdir.
RFO qalibi olmaqla siz, digər şərtləri ödəyəcəyiniz təqdirdə ümumi təhsili qızıl və ya gümüş nişanla bitirə, həmçinin bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qaydada qəbul ola bilərsiniz.
RFO-ya hazırlaşmaq üçün orta məktəb proqramı (dərsliklər) kifayət etmir. Hər bir fənnin öz xüsusiyyətləri nəzərə alınmaqla əlavə materiallara da ehtiyac duyulur.
RFO-nun müvafiq mərhələsini keçirilmə tarixi ARTİ tərəfindən həmin mərhələnin həyata keçirilməsindən bir neçə həftə öncə elan edilir.
RFM - Respublika Fənn Müsabiqələri
Respublika Fənn Müsabiqələri (RFM) ümumi təhsil müəssisələrinin 6-7-ci sinifləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması məqsədilə keçirilən elm yarışıdır.
Görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği və məntiqi biliklərinin inkişafına təkan vermək məqsədilə V sinif şagirdləri arasında təşkil edilən məntiq olimpiadasıdır.
LMO üzrə yalnız V sinif, RFM üzrə isə VI və VII sinif şagirdləri iştirak edə bilərlər.
Hər iki yarış 3 mərhələdən ibarətdir: rayon (şəhər) turu, yarımfinal turu və final turu.
Bəli. Tapşırıqlar əsasən məktəb proqramına, məntiqi düşünməyə və olimpiada tipli yanaşmaya əsaslanır.
Rayon mərhələsi mart, yarımfinal mərhələsi aprel, final mərhələsi isə aprel-may aylarında keçirilir.
Mükafatlandırma mərasimi finaldan sonra, adətən noyabr–dekabr aylarında keçirilir.
İnformatika fənni üzrə müsabiqələrdə iştirak etmək istəyən VII sinif şagirdləri “Azercell CUP” müsabiqəsinə qoşula biləcəklər.
QAQ - Qərbi Azərbaycana Qayıdış
Bu olimpiada şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti haqqında maarifləndirmə işlərini aparmaq məqsədilə həyata keçirilir.
Olimpiadanın xüsusi proqramı yoxdur. Suallar müvafiq rəsmi veb-saytların kitabxanalarındakı məqalə və kitablardan hazırlanır.
“Qərbi Azərbaycana Qayıdış” olimpiadasında neçənci sinif şagirdləri iştirak edə bilər?
Olimpiada 3 mərhələdən ibarətdir: Rayon(şəhər) turu, respublika turu və final turu.
Olimpiada hər ilin aprel-iyun aylarında keçirilir.
Bu barədə yalnız müsabiqənin qeydiyyatı elan edildiyi zaman dəqiq məlumat almaq olar.
SA - Sabahın Alimləri
Sabahın Alimləri müsabiqəsi orta məktəbin IX–XI siniflərində təhsil alan şagirdlər üçün nəzərdə tutulub.
Komanda 2 şagirddən ibarət qrup kimi təşkil edilə bilər. O cümlədən layihədə fərdi iştirak da mümkündür.
1. Problemin aktuallığı və elmi əhəmiyyəti.
2. Həll yolunun yenilikçi olması.
3. Layihənin real olaraq həyata keçirilə bilməsi.
Tərtib forması elmi məntiqə uyğun, aydın və qısa ifadələrlə yazılmalı, faktlara və elmi analizlərə əsaslanmalıdır.
İnsan üzərində tədqiqatlar, onurğalı heyvanlar, bioloji risk daşıyan mikroorqanizmlər və təhlükəli kimyəvi maddələrlə bağlı layihələr üçün EEK təsdiqi tələb olunur.
Münsiflər layihənin elmi əsaslandırılmasını, metodologiyanı, innovativliyi və şagirdin tədqiqat prosesini anlamasını qiymətləndirir.
Bəli, vacibdir. Çünki qaliblər beynəlxalq ISEF yarışında Azərbaycanı təmsil edə bilər və orada təqdimatlar tamamilə ingilis dilində olur.
Qaliblər beynəlxalq yarışlarda (ISEF) iştirak şansı, universitet qəbul üstünlükləri və elmi karyera üçün dəstək imkanları qazanırlar.
Ən yaxşı təqdimat müsabiqəsi
Müsabiqə Heydər Əliyevin irsinin gənc nəsil tərəfindən öyrənilməsi məqsədilə həyata keçirilir.
Müsabiqə Heydər Əliyevin həyat və fəaliyyətinə uyğun 5 mövzuda keçirilir. İştirakçılar 5 mövzuya da hazır olmalıdır, bilet çəkilişi ilə mövzu müəyyən edilir.
Müsabiqə 4 mərhələdən ibarətdir: Məktəb, rayon(şəhər), region və final(respublika) mərhələsi.
Qeydiyyat fevralda açılır, final aprel ayında Bakıda keçirilir. Mükafatlandırma isə may ayında olur.
“Ən yaxşı təqdimat” müsabiqəsində 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.